Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaqların yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin bu ilin 6 ayı ərzində görülmüş işlərə dair keçirilən müşavirədə məlumat verilib.
Torpaqların kəmiyyət göstəricilərinin təyini işinin icrasına respublikanın 9 rayonunda başlanıb. Bu il bu işlər respublikanın 23 rayonunda icra ediləcək.
Müşavirədə bildirilib ki, Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb.
Tədbirdə bildirilib ki, keçən 6 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib.
İlhamə ƏBÜLFƏT