10 Avqust 2016 11:57
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsil Nazirliyi attestatla qəbulla bağlı heç bir zəmanət vermir. Heç bir şirkət nazirlikdən zəmanət almayıb. Bəzi işbazlar insanları aldadır. İnsanlara çağırış edirik ki, müxtəlif işbazların toruna düşməsinlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin ictimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə nazirlik təqaüd proqramı istisna olmaqla xaricdə təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir:

"Attestatla qəbulla bağlı reklamlarda Təhsil Nazirliyinin adı hallanır. Bir daha qeyd etmək istərdim ki, nazirlik hər hansı şirkətə zəmanət vermir".


Müəllif:

Oxşar xəbərlər