11 Avqust 2016 11:00
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan soydaşlarımız Nürnberq şəhərində vəfat edən azərbaycanlı Zaur Abdullayevin cənazəsinin Azərbayacana göndərilməsi ilə bağlı yardım kampaniyasına start vermişdi.

Teleqraf.com xəbər verir ki, soydaşlarımız bu vasitə ilə 2800 avro toplamaq və mərhumun cənazəsini vətənə yollamağı düşünürmüş.

Almaniyada yaşayan Dünya Azərbaycanlıları Assambleyasının təşkilat komitəsinin üzvü Rəşad Quliyev bildirib ki, artıq onların müraciətinə Azərbaycan Respublikası Dövlət Diaspora Komitəsi cavab verib:
“Komitə cənazənin vətənə göndərilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürdüyünü bizə bildirmişdi. Xatırladım ki , cənazə göndərilməsi və bu kimi fəaliyyətlər dövlət orqanlarının fəaliyyət sahəsinə daxil olmasa da, dövlətimiz bu məsələdə yaxından dəstək olub.

Göstərdiyi dəsətəyə görə Dövlət Diaspora Komitəsinin rəhbəri Cənab Nazim İbrahimova və komitənin digər zəhmət çəkən əməkdaşlarına həm öz adımdan, həm Almaniyada yaşayan soydaşlarımız adından, həm də Alman Azərbaycan Mədəniyyət Evi adından təşəkkürümüzü bildiririk. Qeyd edim ki, Zaur Abdullayevin cənazəsinin doğma vətənə göndərilməsi üçün komitənin xüsusi nümayəndəsi Almaniyaya ezam edilib. Sabah həm Diaspora Komitəsi əməkdaşı, həm biz bu cənazənin göndərilməsi üçün Nürnberq şəhərində olacağıq. Bir daha əməyi keçən bütün soydaşlarıma, qürbət eldə həmvətənlisinin vəfat etmə xəbərini eşidib acı çəkən ancaq kömək edə bilməyən bütün insanlara təşəkkür edirəm”.

Sonda Rəşad Quliyev bildirib k, cənazə üçün göndərilən bütün maliyyə vəsaiti son qəpiyinə qədər mərhumun sosial cəhətdən vəziyyəti qənaətbəxş olmayan ailəsinə göndəriləcək.

Cavad


Müəllif:

Oxşar xəbərlər