17 Avqust 2016 11:41
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhali arasında hələ də kütləvi qida zəhərlənmələri, hətta ölümlə nəticələnən botulizm hadisələrinin baş verməsi bu sahədə ciddi işlərin davam etdirilməsini tələb edir”.

Teleqraf.com-un xəbərinə görə, bunu Gigeyna ve Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu günkü mətbuat konfransında deyib.

Anar Qədirlinin sözlərinə görə, yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilib, həmin laboratoriyalar ən müasir avadanlıq və tam hazırlıqlı kadrlarla təmin olunub: “Eyni zamanda əhali arasında sağlam qidalanma sahəsində bilik səviyyəsinin genişləndirilməsinə böyük ehtiyac duyulur”.

Anar Qədirli qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində qonşu ölkələrdə və ümumiyyətlə regionda vaxtaşırı müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə epidemioloji sabitlik təmin edilib.

O, bildirib ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən - 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri baş verməyib, epidemik parotit xəstəliyinin minimum səviyyəsi müşahidə edilib.

Anar Qədirli məlumat verib ki, hazırda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tabeliyində olan 74 şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyaları və 45 profilaktik dezinfeksiya şöbələri var.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər