23 Avqust 2016 16:51
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom MMC-nin Kaspi Təhsil Mərkəzi ilə 2016-cı il üzrə jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları artıq yekunlaşıb. Hal-hazırda Təhsil Mərkəzi tərəfindən kurslarda iştirak edən jurnalistlərin bilik səviyyələri müəyyənləşdirilir. Bununla bərabər Londona səfər edəcək 2 ən güclü tələbənin seçimlərinə də başlanılıb. Hər il olduğu kimi bu il də imtahanlarda yüksək nəticələr göstərən 2 jurnalist tələbə müəyyən olunacaq və onlar Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndəriləcəklər.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. 60 jurnalistin qatıldığı kursların uğurlu tədrisi sayəsində onlar ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 6 ildir ki təşkil edir. Bü günə kimi 200-dən çox KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

“Azercell” şirkətinin təşkil etdiyi İngilis dili kurslarına növbəti qeydiyyat barədə mətbuat nümayəndələrinə əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.


Müəllif:

Oxşar xəbərlər