“Bu gün səhəri Suriyadan qaçarkən minaya düşmüş 2 yaşlı körpənin əməliyyatı ilə açdım. Bu yaşında həyatın ən sərt silləsini yeyib. Heç bir günahı və seçim şansı olmadan...”
Bu fikirləri Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim, şair Aqşin Yeniseyin həyat yoldaşı Turanə Rəsulova paylaşıb.
O, Teleqraf.com-a bildirib ki, körpənin iki ayaq barmağı amputasiya olunub: “Mina uşağın baldır əzələlərini qoparmışdı. Bu, yara debridmanı əməliyyatı idi. Buna qədər uşaq 2 dəfə Hacəttəpə xəstəxanasında əməliyyat olunub.
Körpənin bütün əməliyyat xərclərini Türkiyə dövləti öhdəsinə götürüb. O, başına gələn bədbəxt hadisədə ata-anasını itirib, vətənindən didərgin düşüb məsum, günahsız, 2 yaşlı şirin qızdır. Yeganə arzum, “böyüklərin” törətdikləri ucbatından körpələrin əziyyət çəkməməsidir. Dünyadakı bütün uşaqlar üçün bitsin müharibələr...”
Kəmalə