Bakının Xəzər rayonunda iki intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binə qəsəbə sakini, 1972-ci il təvəllüdlü Ceyhun Həşimov yaşadığı evin həyətində yerləşən emalatxanada özünü asaraq ölüb.
Binə qəsəbəsində daha bir intihar hadisəsi qeydə alınıb. Maştağa sakini, 1970-ci il təvəllüdlü Etibar Bünyatov Binə qəsəbəsi ərazisində üzərinə benzin tökərək özünü yandırıb. Ərazidəki şəxslərin köməyi ilə yanğın söndürülüb.
Üz nahiyəsindən yanıq xəsarəti alan Etibar Bünyatov xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov