21 Sentyabr 2016 08:50
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com kişi fikir adamlarının qadınlar haqqında söylədikləri aforizmləri təqdim edir:

– Əgər bir kişi 40 yaşinadək heç sevməyibsə o yaşdan sonra sevməməsi daha məsləhətdir: (B.Şou)

– Hər şeydən əvvəl gözəl geyim, sonra da ona pərəstiş edən gözəl kişi - budur qadınların ənənəvi istəkləri.(K.Bovi)

– Qadın gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır. (J.Baif)

– Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə bizə təsəlli verir.(A.Aqustin)

– Bir qadın, əgər bir kişi onun əlinə düşmədən əvvəl qucağına düşə bilsəydi, daha cazibəli olardı. (A. Bierce)

– Tanrı, qadınları artıq-əskik danışan yaraşıqlı kişilərdən qorusun. (O. Balzak)

– Bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir. (D. Karnegi)

– Qadınlar bütün dünyada ikinci sinif yaradılışdır, amma dünyanı bir arada tutanlar da onlardır. (P. Braun)

– Qadın intiusiyası daha dəqiqdir, nəinki kişi əminliyi. (R.Killinq)
– Qadın Allahın ikinci səhvidir. (F. Nitsşe)

– Qadın xoşbəxtliyə dəvət deməkdir. (Ş. Bodler)

– Hər şey insanın əlindədir, insan isə qadının. (A. Fyurstlenberq)

Sevinc


Müəllif:

Oxşar xəbərlər