Azərbaycan Nazirlər Kabineti tərəfindən “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edilib.
Teleqraf.com Nazirlər Kabinetinə istinadən xəbər verir ki, indiyədək olan təsnifatda Mədəniyyət və Turizm Nazirliyinin rayon (şəhər) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) adı qeyd edilib.
Yeni qərara əsasən isə “İnzibati orqanların Təsnifatı”ndakı bu bölmə yeni formada verilib. Burada Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional mədəniyyət və turizm idarələri təsnifata daxil edilib.