25 Sentyabr 2016 00:15
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.

Buğa - çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın.

Əkizlər - mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın. Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.

Xərçəng - başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin.

Şir - uğurlu alış-veriş istisna deyil. Qəfil gəlir və hədiyyələr istisna deyil. Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin.

Qız - bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır.

Tərəzi - müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun. Şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.

Əqrəb - səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.

Oxatan - yaxın ətrafınızdakı insanlarla əlaqələrə və təmaslara yenidən baxmaq olar. Yeni münasibətlər istisna deyil. Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Zərərli vərdişlərdən birindən imtina edin, tamahınıza kölə olmayın. Sadə və faydalı qidalarla kifayətlənin.

Oğlaq - intuisiyanıza güvənsəniz, yaxşı və uğurlu gün olacaq. Ənənələri pozmağa, daşlaşmış qaydalar çərçivəsindən kənara çıxmağa çalışın. Yaxın ətrafınızdakı insanların dedikləri kimi yox, öz bildiyiniz kimi hərəkət edin. Peşəkar fəaliyyət müstəvisində dəyişikliklər və şəxsi həyatda yeniliklər zamanıdır.

Dolça - etibarlı tərəfdaşla yeni işə başlamaq olar. Qəfil səfər xərclərə səbəb olacaq. Amma xeyli xoş emosiyalar alacaqsınız ki, bu da sərf olunan pula dəyər. Romantik görüşlər pis keçməyəcək.

Balıqlar - yeni təcrübə və bilik əldə etmək üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Əldə etdiyiniz məlumatlar karınıza gələ bilər. Biliklərin artırılması üçün də pis gün deyil.
Milli.az


Müəllif:

Oxşar xəbərlər