26 Sentyabr 2016 15:35
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 15:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb. Teleqraf.com xəbər verir ki, F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 620-nin hesabat verdiyini söyləyib.

F.Orucov deyib ki, saat 15:00-a olan məlumata görə, 2 milyon 833 min 64 nəfər səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 53,8 faizi deməkdir.

Beləliklə, seçicilərin 53,8 faizi saat 15:00-dək səsvermə hüququndan istifadə edib. Bununla da Azərbaycanda referendum baş tutmuş sayılır.

Ötən hesabat saatlarında olduğu kimi, saat 15:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsi liderlik edir. Bu dairə üzrə saat 15:00-dək seçicilərin 33 min 198 nəfər və yaxud 67,24 faizi səs verib. Ən passiv seçici fəallığı isə 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb. Burada seçicilərin cəmi 15 min 181 nəfəri və ya 36,4 faizi referendumda iştirak edib.


Müəllif:

Oxşar xəbərlər