14 Oktyabr 2016 16:41
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndidən keçən hissəsində ikinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşğul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi "VAZ-2106" markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın magistralla hərəkətdə olan "Ford" markalı 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub.


Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus "Mersedes" markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına çırpılıb.

Nəticədə "VAZ-2106" -nın sürücüsü və avtomaşında olan 5 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Xəstəxanadan Teleqraf.com-a verilən məlumata görə, Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb: “Yaralıların 5-i tələbədir. Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova, Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə travmatologiya şöbəyə yerləşdirilib, onlara ambulator yardım göstərilib. Xanım Əliyeva isə reanimasiya şöbəsindədir. Onun çanaq sümükləri sınıb, vəziyyəti ağırdır”.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər