Kürdəmirin Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 kvadrat metr olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı poliklinikanın 1-ci mərtbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə ) tüstülənmiş ərazidən təxliyə olunub.
Poliklinika binası yanğından mühafizə olunub.