4 Noyabr 2016 17:15
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər yol qəzasına düşmüş 15192 nəfərə təcili yardım göstərilib.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 13428 nəfərə konsultativ tibbi yardım göstərilib.

Təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların ümumi sayı 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olub.

İlhamə ƏBÜLFƏT


Müəllif: