29 Noyabr 2016 13:55
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tütün məmulatlarının reklamı qadağan olunur.

Teleqraf.com xəbər verir ki, bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanunun 20.2-ci maddəsinə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının rekalamı qadağandır.

Bundan başqa, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə, ictimai yerlərdə və müəssisələrdə siqaret cəkənlər yüksək məbləğdə cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxsi 400 manatdan 1000 manatadək cərimə gözləyir.

Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda 50 manat, ictimai nəqliyyatda isə 40-50 manat cərimə olunacaqlar.

Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər