30 Yanvar 2017 16:05
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsənin icra başçısı Əhəd Abıyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qəfil halının pisləşməsinin səbəbi məlum olub.

Əhəd Abıyev Teleqraf.com-a açıqlamasında qardaşının vəfat xəbərini eşidəndən sonra vəziyyətinin pisləşdiyini qeyd edib. İcra başçısı 75 yaşlı qardaşının itkisinin ona pis təsir etdiyini və qəfil xəbərdən halının dəyişdiyini deyib.

Qeyd edək ki, yayılan məlumatlara görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb. Ətrafdakılar təcili yardım çağırmaq istəsə də, o, həkimə ehtiyac olmadığını bildirib, su istəməklə kifayətlənib.


Müəllif:

Oxşar xəbərlər