Amerika alimləri yaxın bir neçə əsrdə Yerlə üzləşə biləcək asteroidlər barədə məlumat veriblər.
Alimlər ən böyük təhlükənin planetimizdən 18 milyon kilometrədək məsafədə yerləşən səma cisimləri tərəfindən gözlənildiyini bildiriblər. Onların sayı təxminən 300-dür. Lakin asteroidlərin yalnız 23 faizinin hərəkət trayektoriyası qismən Yerlə kəsişir.
Ekspertlərin sözlərinə görə, asteroidlərlə Yer arasındakı məsafə ən azı yeddi milyon kilometr olarsa, potensial təhlükə gözlənilə bilər./Azərtac/