14 Fevral 2017 12:44
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işləri yarım ildir ki, aparırıq".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sozlərinə görə, son 3 il ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair bütün araşdırmaların nəticəsi hazırdır: "Bu araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişdik. Bizim öz təkliflərimiz də hazırdır. Təbii ki, bu qərar biz tərəfdən deyil, Tarif Şurası tərədən qəbul ediləcək. Lazımi danışıqlar bu gündən başlanıb".

Məleykə Abbaszadə imtahanların tarixlərindən də danışıb: "İmtahanların tarixi müəyyənləşdiriləndə ölkədə keçirilən beynəlxalq tədbirlər də nəzərə alınır. Çalışırıq ki, Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanlar olmasın".

İlhamə


Müəllif: