14 Fevral 2017 13:30
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfrasında imtahan vaxtlarının dəyişilməsinə aydınlıq gətirib.

Onun sözlərinə görə, imtahanların iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə il əvvəldən hazırlanırmış: “Bu ilin məzunları üçün iyun ayından keçirirdik. Çoxsaylı müraciətlər olurdu ki, abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans əldə etmək istəyirlər. Əvvəllər TQDK dövlət büdcəsindən maliyyələşirdi. Biz onu təkrar edə bilməzdik. Bu büdcənin artmasına gətirib çıxarardı. Artıq bu xidmət bir növ pullu olduğu üçün abituriyentlər üçün əlavə imkan yaradılıb.

Elmi nöqteyi-nəzərdən bu imtahanların tamamilə uyğunluğu neçə ildir ki, müşahidə olunur. Bu iki imtahan arasında kollerasiya əmsalı yüksəkdir. Mənə elə gəlir o abituriyentlər ki, doğurdan da, öz şanslarını istifadə eləmək istəyirlər, onlar bu imkandan yararlana biləcəklər”.

Məleykə Abbaszadə qeyd edib ki, hər abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək: “Onlara verilən ərizə formasında qeyd edəcəklər ki, yalnız may ayında, yaxud iyul ayında olan imtahanda, eləcə də, hər iki imtahanda iştirak eləmək istəyirlər. Eyni zamanda, hər il sınaq imtahanları keçirirdik. Bu imtahanlar da abituriyentlər üçün bir imkandır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər