17 Fevral 2017 11:11
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bir çox küçə və prospektlərdə səhər saatlarında sərnişin avtobuslarının hərəkətində çətinlik müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, sərnişinlər 2 saata yaxın "Gənclik" metrostansiyasının yaxınlığındakı dayanacaqda "BakuBus"un 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusunu gözləməli olublar. Avtobusun gəlmədiyini görən bəzi sərnişinlər məcbur qalıb metro ilə yollarına davam ediblər.

“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev də avtobusların hava şəraiti və tıxac səbəbindən yollarda qaldığı bildirib. O, səhər saatlarında 3,6, 13 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalında gecikmə olduğunu təsdiqləyib: "Lakin gecikmənin səbəbi bizdən asılı deyil. Səbəb yollardakı tıxac və bəzi ərazilərdə buzlaşmadır. 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarımız “Koala” parkın qarşısında tıxacda qalıb və “Gənclik” metrostansiyası yaxınlığındakı körpünün buz bağlamasından hərəkət edə bilməyiblər. Nəticədə, 1 saat 40 dəqiqəyə qədər yolda qalmalı olublar. Ona görə də intervalda gecikmə olub. Hazırda isə bütün istiqamətlərdə avtobuslarımız normal intervalla hərəkət edir”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər