Fevralın 16-da dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə instaqramda duyğulu paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşının 2014-cü ildə çəkilən videosunu paylaşaraq, bu sözləri yazıb:
“Məni sənsiz qoyub getdin. Bunu heç istəmirdim, can yoldaşım, ömür yoldaşım. Qar yolları elə bağlamışdı ki... Of, ay Şahin, tək oturmuşam sənsiz. Sən soyuğu heç sevmirdin. Üşüyürdün soyuqdan. Canım Şahinim, nur içində yat.
Söz verirəm, Seyyid Əlini arzu etdiyin kimi böyüdəcəyəm. Sən də görüb qürurlanacaqsan”.
Teleqraf.com həmin videonu təqdim edir.
NƏRMİN