20 Fevral 2017 13:45
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə həmkarı Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Avstraliyaya gedib.

Bu barədə Teleqraf.com-a DİP-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney, Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi ehtiramla yad ediləcək.

Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq. Səfər fevralın 28-də başa çatacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər