Ötən il Azərbaycan vətəndaşı olan 2170 qadın Türkiyə vətəndaşları ilə nikah bağlayıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.
Ötən il Azərbaycan əsilli gəlinlərin sayı 2015-ci illə müqayisədə 31,3 faiz artıb, Almaniya, Rusiya və Ukrayna əsilli gəlinlərin sayında azalma olub.
Ümumiyyətlə, ötən il Türkiyədə əcnəbi gəlinlərin sayı 22 583 nəfər olub. Əcnəbi gəlinlər arasında suriyalı gəlinlər ( 6495 nəfər) birinci sırada yer alıb. İkinci sırada Almaniya (2 644 nəfər), üçüncü sırada isə Azərbaycandan olanlar (2 170 nəfər) yer alıb.
Azərbaycanlı kişilər arasında da Türkiyə vətəndaşları ilə ailə quranlar qeydə alınıb. Ötən il Türkiyədə əvvəllki illə müqayisədə əcnəbi kürəkən sayısı 5,9 artaraq, 3566 nəfərdən 3777-yə çatıb. Əcnəbi kürəkənlər arasında isə ilk sıranı alman kişiləri tutub. Daha sonra siyahıda Suriya, Avstriya, İngiltərə və Azərbaycan əsilli vətəndaşlar yer alıb.