Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclası fasilədən sonar təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalistlər fasilə zamanı məlumat əldə ediblər.
İclasın təxirə salınmasının səbəbi bilinməsə də, bəlli olub ki, növbəti plenar iclas bu həftənin cümə günü keçiriləcək.
Fasilə zamanı o da bəlli olub ki, Milli Məclisin sədri Oqtay Əsədov parlamentin xanım millət vəkillərini təbrik edib.
Xatırladaq ki, parlamentin bu gün keçirilən iclası zamanı gündəlikdə 13 məsələ olub, lakin bunun səkkizi müzakirə edilməyib.
Cavad