13 Mart 2017 17:08
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan Milli Məclisin deputatı Qənirə Paşayeva İraq türkmən təşkilatlarının nümayəndələri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, Qənirə Paşayeva qeyd edib ki, türk dünyası İraq türkmənlərinin son 60 ildə yaşadığı acı, onları evlərindən didərgin salan səbəbləri yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır. O, azərbaycanlıların İraq türkmənlərinin yanında olduğunu bəyan edib: “Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq. Azərbaycan hər zaman türk dünyası, İraq türkmənləri ilə bağlı məsələlərə həssaslıqla yanaşır”.

Türk dövlətlərinin və cəmiyyətlərinin İraq türkmənlərinə dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyən deputat onların dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb.

Görüş zamanı konkret layihələr ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili İraq və Suriyada türkmən qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək avropalıları onlara daha çox dəstək göstərməyə çağırdığını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmənlərinin vəziyyətini hər zaman diqqətə saxlamağa çalışacağını bildirib

İraqda son vəziyyət, türkmənlərin gərgin günlər yaşaması və hazırda baş verən hadisələr, getdikcə daha da artan narahatlıqlar barədə danışan İraq Türkmən təşkilatlarının təmsilçiləri Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmənlərinə bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini bildiriblər. Onların sözlərinə görə, İraq türkmənlərinin həm birbaşa dəstəyə, həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var. Azərbaycanın hər zaman İraq türkmənlərinə böyük diqqət göstərdiyini deyən İraq türkmən təşkilatları təmsilçiləri Azərbaycanla İraq türkmənlari arasında humanitar istiqamətdə layihələrin daha da artması barədə fikir və təkliflərini irəli sürüblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər