17 Mart 2017 13:55
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə kollegiyası qərar qəbul edərkən, onun zərərçəkmiş şəxslərə vurulan ziyanı ödədiyini nəzərə alıb.

İttihama görə, təqsirləndirilən N. Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin, vədinə əməl etməyib. N. Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edək ki, Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.


Müəllif:

Oxşar xəbərlər