Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülənt Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.