2 May 2017 09:18
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Üçü birində” rubrikasının növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış jurnalist, “Qafqazinfo” saytının rəhbəri Elbrus Əruddur.

- Ən son oxuduğunuz kitab?

- Son günlər daha çox filmlərə baxıram. Amma son oxuduğum bir neçə kitabın adını qeyd edə bilərəm, Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı, Fərid Hüseynin "Ömür - doğum günü hədiyyəmiz" kitabı, ondan öncə isə Qan Turalının kitabını oxumuşam. İntensiv kitab oxumaqla məşğul deyiləm. Amma onu da vurğulayım ki, təkrar Çingiz Aytmatovun yeni nəşrdə "Əlvida, Gülsarı" povestini oxudum. Əsasən, prosesi izləmək üçün gənc yazarlarımızın əsərlərinə müraciət edirəm.

- Son izlədiyiniz film?

- Ən çox və son izlədiyim film rusların çəkdiyi "Major"dur. Onlar filmi yeni variantda ekranlaşdırıblar. Film çox xoşuma gəldi, təsirləndim. Ekran əsərinin davamı çəkilir, onu səbrsizliklə gözləyirəm. 2018-ci ildə təqdim olunacaq. Bundan əlavə, rusların hərb mövzusunda çəkdiyi "Pepel"i izləmişəm. Əsasən, hərbi filmləri izləməyi çox sevirəm.

- Dinlədiyiniz musiqi?

- Lübov Uspenskayanın bütün mahnılarını sevirəm. Ona yeni kəşfim kimi baxıram. Son vaxtlar Röya Ayxanın maraqlı mahnı oxumasını gözləyirəm. O, istedadlı sənətkardır. Amma düşünürəm ki, Hüseyn Abdullayev ilə iş birliyindən sonra heç bir mahnısı alınmayıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər