Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva gender bərabərliyi olmadan cəmiyyətdə inkişafın qeyri-mümkünlüyünü qeyd edib: "Gender bərabərliyinin təmin olunması dövlətin prioritet istiqamətlərindəndir. Bu məsələləri öyrəndikcə hər dəfə yeni ehtiyaclar yaranır. Gender bərabərliyindən danışdıqda medianın rolunu xüsusi vurğulamaq lazımdır".
Vraslov Universitetinin siyasi elmlər doktoru Marzena Kardaczuk bildirib ki, ayrı-seçkilik streotiplər əsasında aparılır: "Ömür boyu kişi və qadın arasında münasibətlər onların həyat tərzinə təsir göstərir. Qadın və qızlar arasında düşüncələr fərqlidir. Eyni zamanda oğlan və qızların geyimlərinin, rənglərinin fərqləndirilməsi, onların oynadığı rollar gələcək sosial funksiyaları müəyyənləşdirir.
Bəzi cəmiyyətlərdə qadınların müəyyən peşəyə yiyələnməsinə maneçiliklər olur. Cinsi mənsubiyyətə görə maaşlar fərqlənir. Kişinin qadın üzərində üstün olması fikri cəmiyyətdə məişət, iqtisadi, fiziki zorakılıqların yaranmasına gətirib çıxarır".
İlhamə Əbülfət