5 May 2017 08:05
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlayıb.

Teleqraf.com xəbər verir ki, petisiya Rusiya Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir. Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

“Qafqaz Tarixi Mərkəzi” Təşkilatı bildirib ki, 9 milyonluq əhali üçün 200 min imzanı 6 ay ərzində toplamaq qəliz məsələ deyil, əksinə məqsədə daha tez nail oluna bilər. Təşkilat Azərbaycan vətəndaşlarını aşağıdakı linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırıb.

Petisiyaya BURADAN səs verə bilərsiz


Müəllif:

Oxşar xəbərlər