1 İyul 2017 17:45
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da İranın cənub-qərbində, 1 milyondan çox əhalinin yaşadığı Əhvaz şəhərində 54 dərəcə isti qeydə alınıb. Bu, temperaturun cihazla ölçülməsindən bəri dünyada ən yüksək istilik göstəricisidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, termometrin civə sütunu müsbət 54 dərəcəyə 2016-cı ildə Küveytdə, 2013-cü ildə isə ABŞ-ın Kaliforniya ştatında yüksəlib.

1999-cu ilin mayında isə İranın Bostan şəhərində 50.5 dərəcə isti qeydə alınıb.

İqlim dəyişmələri üzrə mütəxəssislər Yaxın Şərqdə temperaturun hədsiz yüksələciyini ehtimal edirlər.


Müəllif: Mahir

Oxşar xəbərlər