Mərakeşin Atlantik okeanı sahillərində yerləşən kurort şəhərciyi Aqadirdə Aralıq Dənizi Ölkələri Xəbər Agentlikləri Alyansının (AMAN) 26-cı Baş Assambleyası işə başlayıb. Assambleyanın işində təşkilatın üzvü olan agentliklər, habelə müşahidəçilər, o cümlədən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) iştirak edirlər.
Teleqraf.com xəbər verir ki, tədbirdə OANA-nı onun baş katibi, Azərtac-ın Almaniyadakı xüsusi müxbiri Vüqar Seyidov təmsil edir.
Assambleyada müasir jurnalistikanın sosial şəbəkələr dövründə intellektual mülkiyyətin və müəllif hüquqlarının müdafiə olunması kimi aktual məsələləri müzakirə ediləcək.
Tədbir iki gün davam edəcək.