Teleqraf.com xəbər verir ki,bunu FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müşahidələr yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir: "Bəzi buğda sortlarının keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Səbəb fermerlərin buğda becərilməsi zamanı yol verdikləri yanlışlıqlardır.
Bundan başqa, fermerlərimiz keyfiyyətli toxum almırlar. Elə buğda sortları var ki, çörək, eləsi var makaron, eləsi də var spirt çəkmək üçün nəzərdə tutulur. Buna görə də fermerlər sort seçimində diqqətli olmalıdırlar.
Dünyada qəbul olunmuş normalar var. Azərbaycan vətəndaşı daha keyfiyyətli çörəklə qidalanmalıdır".
İdarə rəisi qeyd edib ki, Azərbaycanda fermerlər bərk buğda istehsalında maraqlı deyillər: “Hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyac var. Bu buğda növləri həmçinin baha qiymətə alınır. Dövlət Taxıl Fondunun yaradılmasında məqsəd ölkədə qıtlığın və çörəyin qiymətində bahalaşmanın qarşısını almaqdır.
Bundan başqa, biz ölkədə fəaliyyət göstərən elevatorların reyesterlərini hazırlamışıq ki, Azərbaycanda eyni vaxtda nə qədər taxıl saxlama imkanları var, onu müəyyənləşdirək.
İstehsal olunan məhsulun kateqoriyasını müəyyənləşdirməküçün Kənd Təsərrüfatı Nazirliyinin rayonlardakı idarələrində laboratoriyalarını yaradılmasını təklif etmişik”.
Zülfüqar Məmmədov bildirib ki, ötən il yerli fermerlərin istehsal etdiyi 1 milyon 854 min ton buğda daha çox onların öz tələbatlarına hesablanıb: "Ötən ilin noyabrına kimi Azərbaycanda 58 min ton çörək bişirilməsi üçün şərti yararlı, 4-cü sinif buğda istehsal olunub. Mart ayına qədər bu rəqəm 100 min tona çatıb".