8 İyul 2017 22:28
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə Ümumdünya Gömrük Təşkilatının baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 129/130-cu sessiyalarında Uruqvayın Milli Gömrük İdarəsinin baş direktoru Enrike Kanon ÜGT-nin Şura sədri seçilib.

Teleqraf.com-un Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Şura, Gömrük Əməkdaşlıq Şurasının yaradılması haqqında Konvensiya əsasında təsis olunub. O, Ümumdünya Gömrük Təşkilatının ən ali qurumudur və təşkilatın fəaliyyəti və tədbirləri ilə bağlı yekun qərarları verir. Bütün ÜGT qurumları Şuraya hesabat verir. Şura ÜGT Katibliyinin inzibati dəstəyi ilə fəaliyyət göstərir. Hər bir ÜGT üzvünün burada təmsil olunmaq hüququ var.

Qeyd edək ki, Uruqvay Milli Gömrük İdarəsinin Baş direktoru Enrike Kanon bir neçə gün bundan öncə Qusarda keçirilən "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında iştirak etmək məqsədilə növbəti dəfə ölkəmizə səfər edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər