11 İyul 2017 12:08
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016/2017-ci tədris ilində rayon və şəhər icra hakimiyyətlərinin qərarına əsasən, 41 nəfər uşaq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat məktəblərinə yerləşdirilib.

Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində olan uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.

Nazirlikdən qeyd edilib ki, 2016/2017-ci tədris ilində daha çox Binəqədi, Salyan, Şabran, Qusar və Gədəbəy rayonlarında yaşayan valideyn himayəsindən məhrum olmuş şagirdlər rayon icra hakimiyyətlərinin sərəncamı əsasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən internat məktəblərinə təlim-tərbiyə almaq üçün göndərilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər