Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiya və Türkiyənin bir çox marağının üst-üstə düşdüyünü deyən səfir əməkdaşlığın yüksək səviyyədə davam etdiyini bildirib.
"Qismətimdə Türkiyədə səfir kimi çalışmağın olmasından məmnunam. Türkiyə mükəmməl insanların yaşadığı mükəmməl ölkədir. Türk xalqı çox yaxşı, qonaqpərvər, qürurlu və şərəflidir. Türkiyə Rusiyanın xarici siyasətində hər zaman önəmli yer tutub. Səfir kimi fəaliyyətimi iki ölkə arasında münasibətlərin daha da yaxşılaşmasına sərf edəcəm", deyə səfir qeyd edib.
Öncəki səfir Andrey Karlovun qətlə yetirilməsinə toxunan Aleksey Yerhov Karlovun Rusiya diplomatiyasında qəhrəman kimi qəbul edildiyini diqqətə çatdırıb.
Suriya məsələsinə də toxunan Yerhov qeyd edib ki böhranın həllində Türkiyə ilə əməkdaşlıq edirlər: "Türkiyə münaqişə bölgəsində yerləşir. Suriya ilə 900 kilomtrdən çox sərhəddi var. Suriya ilə bağlı Türkiyə ilə əməkdaşlığımızı davam etdiririk. Cənab prezidentlər Putin və Ərdoğan da qeyd ediblər. Türkiyə və Rusiyanın bir-birinə zidd maraqları yoxdur. Açıq dialoqla anlaşma, əməkdaşlıq qura bilirik, qurmalıyıq. Dialoq təkcə rəhbərliklər arasında deyil, bütün təbəqələr arasında olmalıdır".
Beynəlxalq məsələlərdə hər bir ölkənin fərdi maraqlarının olduğunu diqqətə çatdıran Aleksey yerhov Suriya məsələsində də Türkiyə və Rusiyanın fərqli yanaşmalarının olduğunu bildirib.