14 İyul 2017 10:44
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:24

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.

Report-un xəbərinə görə, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

***

Ötən gecə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızının doğuşdan sonra ölümünün ilkin səbəbi məlum olub.

Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, doğuş zamanı anada qanaxma olub:

“Doğuş zamanı qadında qanaxma olub. Qanaxmanının haradan olduğunu öyrənmək üçün həkimlər qarın boşluğuna giriblər, ana damarı tutana kimi, xəstə qanaxmadan komaya düşüb. 5 gün komada qalıb, bu gecə xəstə ürək dayanmasından dünyasını dəyişib”.

S.Məmmədova qadının meyitinin təşrihə aparıldığını, yalnız bundan sonra dəqiq səbəbin müəyyən olacağını deyib:

“Hazırda qadının uşağı sağdır, onun səhhətində problem yoxdur”.


Müəllif: Teleqraf.com