Teleqraf.com-a xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, yay fəslində qida növünün qəflətən çoxlaması, çoxsaylı meyvə və gileyməvələrin olması, havaların isti keçməsi xəstəliklərin artmasına səbəb olur: “Uşaqlar arasında müşahidə etdiyimiz xəstəliklər sırasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma, qida zəhərlənmələri müşahidə edilir.
İsti havalar və günvurma halları, həşarətlərin dişləməsi, ilan sancması və digər canlıların dişləməsi ilə baş verən hadisələr, allergik xəstəlikləri bu fəsil üçün xarakterikdir”.
Baş pediatr qeyd edib ki, bu xəstəliklərin baş verməməsi, eyni zamanda qarşısını alınması tək tibb işçilərindən deyil, valideynlərindən asılıdır. “Bunların hanmısının önündə valideynlərin öz uşaqlarına qarşı diqqətli və qayğıkeş olmalarıdurur. “Mən uşağı çox istəyirəm” deməklə heç nə dəyişmir. Biz onu gördüyümüz işdə, hərəkətlərimizdə sübut etməliyik.
Valideynlərə tövsiyəm odur ki, uşaqların qidalanmasına xüsusi diqqət yetirsinlər. Burada müstəsna əhəmiyyət kəsb edən hallardan biri uşaqların təmiz sudan istifadə etməsidir. Sübut olunub ki, təmiz sudan dünyanın hər yerində istifadə edilsəydi, onun effekti peyvəndən də yaxşı olardı.
Valideynlər uşaqların təmiz sudan il boyu, xüsusilə yay ərzində içməsinə önəm verməlidir. Bakı şəhəri daxil olmaqla ölkədə su təhcizatı yaxşıdır. Lakin tövsiyyə edirik ki, uşaqlara suyu qaynadıb versinlər. Uşaqlara qaynadılmamış su verilməsinə tərəfdar deyilik”.
Nəsib Quliyebv bildirib ki, yay mövsümündə qidaların saxlanmasında soyutma rejiminə əməl etmədikdə o qidaların çox asanlıqla bakteroloji çirklənməsi və xəstəlik törətməsi ehtimalı önə gəlir: “Bunu tibb işçiləri, valideynlər nəzərə almalıdır. Uşaqların qəbul etdiyi qida onların yaşına uyğun olmalıdır və onların saxlanma rejiminə ciddi əməl olunmalıdır. Mədə-bağırsaq üzvlərinin xəstəlik əlaməti görünürsə, valideynlər mütləq həkim mütəxəssisə müraciət etməlidir. Biz həkimlər özbaşına el arasında tətbiq edilən müalicə üsullarının istifadə olunmasının qəti əleyhinəyik”.
Baş pediatr əlavə edib ki, uşaqlar arasında bu fəsildə allergik xəstəliklər çoxalıb:”Ağacların buraxdığı tozlar, həşarətlərın dişləməsi zamanı onların qana yeritdiyi toksitlər bəzən uşaq orqanizmində cürbəcür allergik vəziyytin yaranmasına gətirib çıxardır. Bunun əlamətləri ilk öncə dəri səthində görünür, sonra isə daha dərin əlamətlər müşahidə edilir, hətta qıtlağın ödemi, boğulmaya qədər ağır hallar yarada bilər.
Bunların qarşısını almaq üçün uşaqları allergik reaksiya yarada biləcək faktorlardan uzaq tutmaq lazımdır. Bu günə qədər uşaqlar arasında tək və ya qrup şəklində bizi narahat edən xəstələnmə müşahidə etməmişik. Yeganə qarşılaşdığımız hal Sumqayıt şəhəri və onun ətrafındakı qəsəbələrdə rast gəlinən mədə-bağırsaq xəstəlikləri idi və o da uğurla aradan qaldırıldı.
Əvvəlki illərlə müqayisədə uşaqlar arasında müraciətlər artmayıb və əksinə azalıb. Artıq uzun illərdir ki, qorxulu, narahatedici ağır qida toksiki infeksiyalar, mədə-bağırsaq xəstəlikləri, botulizm kimi xəstəliklərin heç biri ilə rastlaşmırıq”.
İlhamə Əbülfət