Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev verib.
Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyində şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılması məsələsi müzakirə edilmir: “Ümumiyyətlə belə bir məsələ gündəlikdə yoxdur”
Qeyd edək ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında SOCAR müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. İclasda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.