Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev sosial şəbəkədə qeyri-adi adlarla bağlı məqama diqqət çəkərək qeyd edib.
O təltif, amnistiya və sair siyahılardakı ad və soyadları həmişə nəzərdən keçirdiyini vurğulayıb: “Məqsəd təkcə tanış şəxs tapmaq deyil. Çünki burada həmişə qəribə ad və soyadlara təsadüf etmək mümkündür. Yeri gəlmişkən, jurnalistlərin hamısını həyatlarının xoş hadisəsi münasibəti ilə təbrik edir, yeni mənzildə xoş günlər arzulayıram. Məktəbdə bizimlə Pullu adında bir qız oxuyurdu. Kimsə anasının adını qızına qoymuşdu. Öz uşaq nadanlığımız ucbatından tənəffüslərdə yazıq qızın ətrafında atılıb-düşür, “Pullu, mənə pul ver!” - deyə öz aləmimizdə guya zarafat edirdik. Uşaqlarınıza normal azərbaycanlı adı qoyun!”