Teleqraf.com "Xəzər-xəbər"ə istinadən bildirir ki, küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.
Çöpçülər telekanalın çəkilişindən yayınıblar.
Yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xanım deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.
Telekanalın əməkdaşları bir saata yaxın çöpçülərin məhəlləsində olublar. Lakin bir nəfər çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir.