ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, əməkdaşların Quba rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı “Qırmızı Kitab”a düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən edilib.
Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini Sahil Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
Faktla bağlı protokol tərtib edilib və o, inzibati qaydada 400 manat məbləğində cərimə olunub. Vəhşi quş təbiətə buraxılıb.