12 Avqust 2017 11:09
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edib.

Teleqraf.com xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən sözügedən qərarın mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə “2710 19 210 0” və “2710 19 250 0” alt yarım-mövqelərinə aid sətir aşağıdakı redaksiyada dəyişdirilib:

2710 19 210 0

reaktiv mühərriklər üçün kerosin

1 ton üçün
1,0 manat

2710 19 250 0

digər kerosin

1 ton üçün
80 manat


Müəllif: Teleqraf.com