14 Avqust 2017 12:08
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.

Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin müəssisələrində daimi yaşayış yeri məlum olmayan şəxslərə də tibbi yardım göstərir.

Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir.

Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər