20 Avqust 2017 13:36
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobilin kasko sığortasının tətbiqi zamanı müştəriləri çaşdıran məsələlərdən biri də franşizadır. Franşiza azad olma məbləğidir. Sığorta şirkətinin ödəmədiyi bir məbləğdir. Məsələn, 500 manat franşiza tətbiq olunubsa, hadisə zamanı avtomobilə dəyən zərərin məbləği 1000 manat olduğu halda, sığorta şirkəti tərəfindən ödəniləsi məbləğ 500 manat olacaq. Əgər zərər 500 manatdırsa, müştəriyə heç bir ödəniş edilmir. Çünki franşiza ödəniləsi məbləğdən çıxılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sığorta mütəxəssisi Nicat Əlibəyli söyləyib. O, bildirib ki, kasko sığortası alan zaman əvvəlcədən mütləq şərtləri oxuyub dəqiq başa düşmək lazımdır:
“Kasko sığorta könüllü sığorta növüdür. Kasko sözü italyan dilindən tərcümədə “qəza” anlamını daşıyır, yəni qəza sığortası, qəzadan sığortalanmaq deməkdir.

Kasko sığortası avtomobil sahiblərini könüllü şəkildə oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq, maşının üzərinə əşyaların düşməsindən, qəsdən atılmasından və s. risklərdən sığortalanmaq üçün nəzərdə tutulmuş bir sığorta növüdür.
İcbari sığorta adından da göründüyü kimi məcburidir. Üçüncü şəxslərin avtomobilinə və ya digər əmlakına dəyən zərərin qarşısının alınması üçün nəzərdə tutulub”.

İcbari sığorta ilə kasko sığorta arasındakı fərqə gəlincə, ekspertin sözlərinə görə, kaskonun könüllü, icbarinin isə məcburi olmasıdır və icbari sığorta qarşı tərəfə dəyən zərər üçün nəzərdə tutulub, kasko sığorta isə öz avtomobilimizə dəyən zərərin ödənilməsi üçündür: “Avtomobilə kasko sığorta alan zaman sürücü üçün vacib olan amillərdən ən başlıcası avtomobilin bazar dəyərində sığortalanmasıdır. Yəni sığorta natamam olmamalıdır. Əgər avtomobil bazar dəyərinin 75 %-i qədər sığortalanırsa, deməli, hadisə olan zaman avtomobilə dəyən zərərin də 75 %-i ödəniləcək. Çalışıb avtomobili həmişə bazar dəyərində sığortalatdırmaq lazımdır”.


Müəllif: Könül

Oxşar xəbərlər