Sentyabrın 9-da Bakıda ənənəvi Hindistan malları sərgisi başlayacaq.
Teleqraf.com xəbər verir ki, sərgi "Amay" ticarət mərkəzində baş tutacaq.
Müxtəlif məhsullar, zərgərlik məmulatları, Hindistanda hazırlanmış milli geyimlər, qablar və sair satışa çıxarılacaq.
Sərgi sentyabrın 24-nə qədər davam edəcək. Qeyd edək ki, Hindistan malları sərgisi Azərbaycanda hər il keçirilir.