“İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gündən etibarən Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.
Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, İçərişəhər, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.