6 Sentyabr 2017 17:19
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Ceyhun Mehrəliyevin İnstaqramda paylaşdığı statusunu özünün Feysbuk profilində yayımlayaraq, həyəcan təbili çalıb.

Teleqraf.com xəbər verir ki, M.Zeynalova təhdid edildiklərini sosial şəbəkədə elan edib:

“Paylaşdığım bu mesajın müəllifi Ceyhun Mehrəliyevdir. 6 ay birgə yaşadığı xanımını bıçaqladığı üçün haqqında cinayət işi qaldırılıb və həmin xanım bizim sığınacağa yerləşdirilib. Həmin müddətdə, haqqımızda böhtan, şantaj, digər hərkətlər, o cümlədən sığınacaq əməkdaşları və rəhbərliyinə psixoloji təzyiqləri davam etdirib. Bu təzyiqlərin məqsədi sığınacaqda məskunlaşmış xanımın ordan çıxarılması və onun öz cinayət əməlini başa çatdırması istəyidir. Paylaşdığı mesajda sanki Ceyhun Mehrəliyev cinayətkar qrupun rəhbəri kimi qrup üzvlərinə çağırış edir. Adlarını sadaladığı adamlara (hamısı həbsdə olub) tapşırıq verir ki, əgər həbs olunarsa, onlar hərəkətə keçsin”.

QHT sədri bəyan edib ki, sığınacaq, onun əməkdaşları və rəhbərliyi ilə bağlı hər hansı böhtan xarakterli hərəkətlər və ya fiziki təzyiqlər baş verərsə, cavabdeh məhz həmin şəxsdir.

M.Zeynalova C. Mehrəliyevin paylaşımını da “screen shot” formasında yayımlayıb. Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa zərər vurma) ilə cinayət işi açılıb, məhkəmə gedir.

Xatırladaq ki, Ceyhun Məhərrəmov 6 ay müddətində qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşına olmazın işgəncələrini verib. İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtularaq, Mehriban Zeynalovanın sığınacağına üz tutub.

Hazırda zərərçəkən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağındadır.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər