Bu ilin yanvar-iyul aylarında sığorta şirkətləri tərəfindən 322.830.059 manat sığorta haqqı toplanıb.
Bu barədə Teleqraf.com-a Maliyyə Bazarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144.008.840 manat təşkil edib.
Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib.
Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,333 manat artaraq 223,458 manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 25,476 manat artaraq 113 milyon 320 min manata yüksəlib.