15 Sentyabr 2017 20:47
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilik Günü münasibəti ilə Bakı Metropolitenində sosial yönümlü tədbir keçirilib.

Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, paytaxtımızın təhsil ocaqlarının yaxınlığında yerləşən metrostansiyaların vestibüllərində təşkil olunan sosial layihənin məqsədi metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.

Bakı Metropoliteninin istifadəyə verilməsinin 50-ci ilində metropolitenin azyaşlı sərnişinlərini bayram töhfəsi ilə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər metropoliten əməkdaşları sevindiriblər.

“28 May” stansiyasının əsas vestibülündən başlayan tədbir daha sonra digər stansiyalarda davam edib. Bayram tədbiri daha çox bu il birinci sinifə gedən və ibtidai sinif şagirdlərinin ürəyincə olub.

Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagirdlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə maraqlı hədiyyələr təqdim olunub.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər